Oktyabrın 9-da gecə saatlarında Moskva şəhəri ətrafında güclü meteorid yağışı (drakonoidlər) gözlənilir.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Krım astronomu Aleksandr Yakuşeçkin bildirib.
O qeyd edib ki, hava şəraiti normal olarsa, bu təbiət hadisəsini aydın şəkildə izmək olacaq.
Tədqiqatçıların fikrincə, meteorid yağışını daha aydın izləmək üçün şəhərdən kənara çıxmaq lazımdır.
Yer kürəsi ilə eyni istiqamətdə sürətlə hərəkət edən kometlərin sarımtıl-qırmızı rəngdə müşahidə olunacağı bildirilir.