İsveçin Eland adasına 100 milyonlarla kəpənək “hücum edib”.
Trend-in məlumatına görə, bölgədə “Vanessa cardui” növlü kəpənəklər çoxalıb.
Bildirilir ki, həmişə bu mövsümdə İsveçdə və Skandinaviyada adətən 10 minədək kəpənək müşahidə olunurdu. Bu il kəpənəklərin Eland adasında bu qədər çox olması iqlim dəyişiklikləri ilə izah olunur.
“Vanessa cardui” kəpənəkləri Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi bölgələrində yaşayır.
Qeyd edək ki, may ayında Bakıda da bu kəpənəklər kütləvi şəkildə müşahidə olunmuşdu. Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutundan Bakıda, şəhər ətrafında kəpənəklərin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı bildirilmişdi ki, bu növ kəpənəklər hər il Şimali Afrikadan başlayaraq Aralıq dənizi, Qara dəniz, eləcə də region ölkələrinin üzərindən Mərkəzi Avropa istiqamətində miqrasiya edir.
Vanessa cardui 5000 km məsafəyə qədər miqrasiya etmək xüsusiyyətinə malikdir.