Özbəkistanda koronavirusa yoluxanların sayı 833 nəfərə çatıb
  • DÜNYA

  • 15:52 12 Aprel 2020

Özbəkistanda koronavirusa yoluxanların sayı 833 nəfərə çatıb

Ötən sutka ərzində Özbəkistanda daha 37 nəfər yeni tip koronavirusa (Covid-19) yoluxub.

ONA-nın xəbərinə görə, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Özbəkistanda koronavirusa yoluxanların sayı 833 nəfərə çatıb.

İndiyə qədər koronavirusa yoluxanlardan 4 nəfər ölüb, 42 nəfər sağalıb.

 

OXŞAR XƏBƏRLƏR