• DÜNYA

    13:32 6 mart 2019

Pakistan Hindistandakı səfirini vəzifəsinə geri qaytarır

Pakistan Hindistandakı səfirini vəzifəsinə geri qaytaracaq.
ONA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Qurəşi bəyanat verib. Onun sözlərinə görə, iki ölkə münasibətlərində gərginlik azalır.

Ş.M.Qurəşi deyib ki, yaxın zamanda Pakistan nümayəndə heyəti Hindistanı ziyarət edəcək. Ziyarət çərçivəsində tərəflər Hindistan zəvvarlarına bu ölkəyə vizasız səfər etməsi üçün nəzərdə tutulan Kartarpur dəhlizinin açılış perspektivlərini müzakirə edəcəklər.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR