• DÜNYA

    10:58 17 aprel 2019

Pakistanda 39 nəfər güclü yağışların qurbanı olub

Pakistanın Pəncab, Bəlucistan, Haybər-Paxtunxva əyalətlərində baş verən güclü yağışlar nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 135 nəfər xəsarət alıb.

ONA-nın xəbərinə görə, bu barədə Pakistanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.

Güclü yağışlar nəticəsində 80-ə yaxın evə ziyan dəyib. Feysəlabad şəhərində enerji təminatı dayandırılıb.

Bildirilir ki, güclü külək nəticəsində ağaclar və bəzi rayonlarda elektrik dirəkləri aşıb. Yollarda hərəkətin bərpası üçün küçələrdə təmizləmə işləri davam etdirilir.

Meteoroloqların məlumatına görə, ən çox yağış Pakistanın paytaxtı İslamabada yağıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR