• DÜNYA

    13:43 17 mart 2019

Pakistanda dəmir yolunda partlayış olub, 3 nəfər ölüb

Bu gün Pakistanda dəmir yolunda partlayış olub.

ONA-nın məlumatına görə, bu barədə Pakistanın “Dunya News” telekanalı məlumat yayıb.

Partlayış Kvetta şəhərinə gedən qatar hərəkətdə olan zaman baş verib. Nəsirabad dairəsi yaxınlığında dəmir yoluna qoyulmuş bombanın qatar keçərkən partlaması nəticəsində 5 vaqon relsdən çıxıb, ən azı 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR