Pakistan ərazisinin böyük hissəsində yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı bərpa edilib.
ONA-nın xəbərinə görə, bu barədə “Pakistan” radiosu məlumat yayıb.
Pakistan Milli Enerji Şirkətində elektrik enerjisi təchizatında yaranmış problemin araşdırılması üçün komitə yaradılıb.
Qeyd edək ki, dünən axşamdan Pakistanın bütün ərazisində yaşayış məntəqələri enerji şəbəkəsindəki problem səbəbindən elektrik enerjisindən məhrum olmuşdu.