Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “Reuters” yerli hərbi mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl 10 nəfərin öldüyü deyilirdi.
Məlumata görə, təyyarə ölkənin şimalındakı Ravalpindi şəhəri üzərində təlim keçirmiş. Aviaqəzadan sonra yanğın baş verib və bir neçə binanı bürüyüb. Hazırda yanğın söndürülüb.
Pakistan hərbçiləri bildirir ki, qəza nəticəsində təyyarədə olan 5 nəfərin hamısı ölüb. İnsidentin qurbanı olmuş digər 12 nəfər dinc sakinlər olub. Hadisənin səbəbləri hazırda araşdırılır.
Qeyd edək ki, təyyarə yaşayış məhəlləsinə düşüb.