Pakistanın baş naziri İmran Xan yaxın zamanda İrana rəsmi səfər edəcək.
ONA xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.
Bildirilir ki, səfər zamanı İmran Xan İran prezidenti Həsən Ruhani ilə rəsmi danışıqlar aparacaq, Həmçinin o, İranın ali lideri Əli Xamenei ilə görüşəcək. Səfərin bu ay baş tutması nəzərdə tutulur.