Paraqvay prezidenti “Sputnik V” peyvəndinə görə Putinə təşəkkür edib
  • DÜNYA

  • 20:45 17 Fevral 2021

Paraqvay prezidenti “Sputnik V” peyvəndinə görə Putinə təşəkkür edib

Paraqvay Prezidenti Mario Abdo Benites Rusiya Prezidenti Vladimir Putinə “Sputnik V” peyvəndinin ölkəsinə tədarükü ilə bağlı verdiyi qərara görə təşəkkür edib.

APA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki ölkə başçısı arasında bu gün telefon  danışığı baş tutub. 

Tərəflər eyni zamanda pandemiyaya qarşı mübarizə istiqamətində fikir mübadiləsi aparıb. 

Qeyd edilib ki, “Sputnik V” peyvəndinin Paraqvaya tədarükü sözügedən ölkənin təşəbbüsü ilə reallaşıb.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR