“Parisin Notr-Dam kilsəsində yanğın qəsdən törədilməyib”.
ONA-nın məlumatına görə, bu barədə BFMTV Parisin prokuroru Remi Heytzin açıqlamasına istinadən xəbər yayıb.
“Yanğının bilərəkdən törədilməsinə dair heç bir əlamət yoxdur”-, deyə o bildirib.
Onun sözlərinə görə, hadisənin araşdırılması üçün prokurorluğunun 50 əməkdaşı işə cəlb edilib.
Prokurorluq hesab edir ki, yanğın kilsənin damında bərpa üşün müvəqqəti qurulmuş taxta dəzgahda başlayıb.