Paris şəhər meriyası Notr-Dam kilsəsinin bərpasına 50 milyon avro ayıracaq.
ONA "BFMTV" telekanalına istinadən xəbər verir ki, bu barədə Paris meri Ann İdalqo açıqlama yayıb. Həmçinin Parisin İl-de-Frans rayonunun başçısı Valeri Pekress bildirib ki, kilsənin bərpası üçün təcili yardım qismində 10 milyon avro ayrılacaq.
Qeyd edək ki, Paris Notr-Dam kiləsində yanğın ötən gün yerli vaxtla 18:50 radələrində başlayıb. Yanğın söndürülsə də tüstülənmə davam edir.