Parisin mərkəzində etiraz aksiyası keçirən bir neçə minlik yanğınsöndürənlərə qarşı polis gözyaşardıcı qazdan istifadə edib.
APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qarşıdurmalar yerli vaxtla saat 18:00-da Millətlər meydanından başlayıb. Polisin gözyaşardıcı qazdan istifadə etməsinə cavab olaraq nümayişçilər tüstü yayan qumbara atıblar.
Qeyd edək ki, bütün Fransa boyu etiraz aksiyalarına başlayan yanğınsöndürənlər rəsmilərdən əməkhaqlarının qaldırılmasını tələb edirlər.