Parisdə polis və jandarm qüvvələri “sarı jiletlilər”in etiraz aksiyasında 28 nəfəri saxlayıb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər rəhbərliyi məlumat yayıb.
Məlumata görə, daha 7 etirazçıya sərt xəbərdarlıq edilib.
Polis və jandarmlar tərəfindən profilaktik məqsədlə 10 mindən çox insan nəzarətə götürülüb.