• DÜNYA

    03:46 29 dekabr 2019

Parisdə keçirilən nümayişlər zamanı 6 nəfər saxlanılıb

Fransanın paytaxtında şənbə günü keçirilən nümayişlər zamanı iştirakçıların sayı 4,5 min nəfərə çatıb, onlardan altısı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma zamanı saxlanılıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Paris polisinin prefekturasına istinadən “BFM” telekanalı məlumat yayıb.

“4,5 min etirazçı Paris küçələrinə toplaşıb. Onların arasında 800 nəfər “Sarı gödəkçəlilər” hərəkatının nümayəndələri də var, gün ərzində altı etirazçı saxlanılıb”, - deyə telekanal bildirib.

Bundan əvvəl toqquşmalar zamanı müxtəlif əşyaları hüquq-mühafizə orqanlarına atdığına görə üç nəfərin saxlanıldığı bildirilmişdi.

Paris nümayişi bu şənbə günü Fransada ən böyük nümayiş olub, buna qədər iştirakçı sayına görə ən çox bilinən aksiya Bayonnada qeyd edilib. Orada hüquq-mühafizə orqanları 1,1 min iştirakçının olduğunu bildirmişdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR