Ermənistan Baş naziri Nikol Paşinyan Ankaraya səfər edə bilər.
APA xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Telekanalın xəbərinə görə, Paşinyanın sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcəyi bildirilir.
Ermənistan Nazirlər Kabineti xəbəri təsdiqləyib.
Nazirlər Kabinetinin məlumatında bildirib ki, Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak üçün dəvət alıb.
Baş nazir Nikol Paşinyan andiçmə mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya yollanacaq.