• DÜNYA

    22:34 14 noyabr 2020

Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti bir qrup şəxs tərəfindən Ermənistan Respublikasında hakimiyyəti ələ keçirmək məqsədi ilə qanunsuz olaraq silah, sursat və partlayıcı maddə əldə etmə və saxlama halları müəyyən edib", - məlumatda belə deyilir.

Bildirilir ki, dövlətin daxili və xarici siyasəti ilə razılaşmayan həmin şəxslər hökumət başçısını öldürərək hakimiyyəti ələ keçirmək niyyətində olublar.

Qeyd edək ki, bundan bir qədər əvvəl Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi və müxalif "Vətən" partiyasının lideri Artur Vanetsyan, parlamentin keçmiş deputatı və Ermənistan Respublika Partiyası fraksiyasının keçmiş rəhbəri Vaqram Baqdasaryan, Ermənistan İnqilab Federasiyasının üzvü A.A., həmçinin Sisian könüllü dəstəsinin komandiri A.M. hökumət başçısına qarşı sui-qəsd hazırlamaqda və dövlət çevrilişinə cəhddə şübhəli bilinərək saxlanılıblar.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR