• DÜNYA

    16:34 17 may 2019

Ukrayna xarici işlər naziri istefa ərizəsi yazıb

Ukrayna xarici işlər naziri Pavel Klimkin istefa ərizəsini yazıb.

ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə özü açıqlama verib. Bildirib ki, yeni seçilmiş prezident Vladimir Zelenskinin andiçməsindən sonra istefa ərizəsini Ali Radaya təqdim edəcək.

O, Ali Radaya seçkilərdə iştirak etmək niyyətini açıqlayıb.

Qeyd edək ki, Ukraynada parlament seçkiləri bu ilin payızında keçiriləcək.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR