Koronavirus infeksiyası ilk dəfə Pekinin ən böyük topdansatış bazarlarından biri olan “Sinfadi”də aşkarlanıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Sintsinbao” qəzeti məlumat dərc edib.
Nəşrin məlumatına görə, sözügedən bazarın rəhbərliyi bildirib ki, koronavirus ilk olaraq üzərində balıq doğranması üçün nəzərdə tutulmuş lövhədə aşkarlanıb.
Həmin lövhənin bazara xaricdən idxal edildiyi vurğulanıb.