“ABŞ ilkin şərt olmadan İranla danışıqlara hazırdır”.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bunu Pentaqon rəhbəri Mark Esper bildirib.
“Biz danışıqlar masasına oturmağa və heç bir ilkin şərt olmadan bir sıra məsələləri müzakirə etməyə hazırıq”, deyə Esper əlavə edib.
O, bu addımın ABŞ-İran münasibətlərinin yaxşılaşmasına kömək edəcəyinə inandığını söyləyib.
Əlavə edib ki, general Qasım Süleymaninin öldürlüməsinə heç də təəssüflənmir: “ABŞ indi "daha etibarlıdır", Süleymaninin əllərində yüzlərlə amerikalı əsgərin qanı var idi”.