Yanvarın 7-dən 8-nə keçən gecə İranın İraqdakı Ayn əl-Əsəd hərbi bazasına raket zərbələri endirməsi nəticəsində beyin travması alan ABŞ əsgərlərinin sayı 109 nəfər olub.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqon açıqlama yayıb.
“Bu günə qədər ABŞ-ın 109 əsgərinə yüngül travmatik beyin xəsarətləri diaqnozu qoyulub, onlardan 76-sı öz xidmətini davam etdirəcək”, - deyə açıqlamada bildirilib.
Pentaqonun açıqlamasına görə, zərərçəkənlərdən əvvəlcə 27-si tibbi yardım aımaq üçün Almaniyaya gətirilib, onlardan 21-i daha sonra ABŞ-a göndərilib, daha biri artıq İraqa qayıdıb və yenidən xidmətinin icrasına başlayıb.