ABŞ Müdafiə Nazirliyi kosmosun öyrənilməsi zamanı Rusiyanın peyk xidmətlərindən istifadəyə qadağa qoyacaq.
ONA-nın "Sputnik" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin müdafiə sahəsində təhcizatla bağlı nizamnaməsinə edilən yeni düzəlişdə qeyd olunub.
Yeni qadağa 2022-ci il dekabrın 31-dən qüvvəyə minəcək.
Rusiya ilə yanaşı, Çin, İran, Şimali Koreya, Suriya və Sudanla da bu sahədə əməkdaşlıq məhdudlaşdırılıb.