• DÜNYA

    05:45 18 mart 2019

Pentaqon Suriyada 1000-dək ABŞ əsgərinin saxlanılacağı barədə məlumatı təkzib edib

Pentaqonun Suriyada 1000-dək hərbi qulluqçu saxlamaq planı haqda “The Wall Street Journal” nəşrinin yaydığı məlumat həqiqətləri əks etdirmir.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Komitəsinin rəhbəri Cozef Danford bildirib.

“Bu gün Amerikanın ən böyük qəzetlərindən birində deyilir ki, ABŞ qoşunları Suriyada təxminən 1000 nəfərədək hərbi qulluqçu saxlamağı planlaşdırır. Bu, doğru deyil. Fevral ayında elan edilmiş plana heç bir dəyişiklik edilməyib. Biz qoşunları Suriyadan çıxarmaqla bağlı prezidentin verdiyi tapşırıqların icrasını davam etdiririk”, - deyə Pentaqonun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.

Danford onu da vurğulayıb ki, ABŞ və Türkiyə rəsmiləri Suriya-Türkiyə sərhədindəki təhlükəsizlik məsələlərinin həlli istiqamətində müsbət danışıqları davam etdirir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR