• DÜNYA

    16:03 21 mart 2019

Peskov: Kremldə Rusiya və Belarusun birləşməsi müzakirə edilmir

Rusiya Prezident Administrasiyasında Vladimir Putinin hakimiyyətin qorunması üçün Rusiya və Belarusun birləşməsinin mümkünlüyü müzakirə edilmir.

ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib.

Qeyd edək ki, “Bloomberg” agentliyində 2024-cü ildən sonra V. Putinin hakimiyyətinin qorunması üçün belə bir ideyanın həyata keçiriləcəyi barədə yazı dərc edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR