Türkiyənin Tunceli əyalətinin Ovacık bölgəsində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında baş vermiş silahlı toqquşmada 2 türk hərbçisi yaralanıb.
ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, helikopterlə Elazığ Fırat Universiteti Xəstəxanasına çatdırılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, bölgədə reyd aparan hərbçilər şübhəli bildikləri bir avtomobili saxlamaq istədikdə, avtomobildə olanlar odlu silahdan atəş açıb və iki əsgəri ağır yaralayıb. Bundan sonra meşədə gizlənən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyata başlanılıb.