Türkiyənin İzmir vilayətinin Gözəlbağça rayonunda polisin təqibi nəticəsində saxlanılan mikroavtobusdan bir ton narkotik maddə aşkarlanıb.
APA-nın CNN-Türkə istinadla verdiyi xəbərə görə, Türkiyə polisinin “Dayan” əmrinə tabe olmayan mikroavtobusun məhəllələrarası yolda süni tıxac yaradılaraq saxlanılıb.
Narkotik maddənin tərkibi, mənbəyi və ölkəyə idxalı ilə bağlı məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.