Polşa İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan 900 milyard dollar məbləğində kompensasiya tələb etmək niyyətindədir.
ONA xəbər verir ki, bu barədə “Tellerreport” məlumat verib.
Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üzrə parlament qrupunun üzvü Yanuş Şevçak parlamentdə bununla bağlı çıxışında deyib ki, əgər Almaniyanın törətdiyi qırğınlar olmasaydı, Polşa indi daha inkişaf etmiş ölkə olardı.
Bundan əvvəl rəsmi Berlin bəyan edib ki, kompensasiya məsələsi bir çox beynəlxalq müqavilələrə əsasən artıq bağlıdır və yenidən baxıla bilməz.