Polşa Ədliyyə naziri Yana Zebroya qarşı sui-qəsdin qarşısı alınıb.
ONA-nın “Jedynka” radiostansiyasına istinadən verdiyi məlumata görə, bir neçə insanın qətlində şübhəli sayılan, Ədliyyə naziri Yana Zebro və narkomafiyaya qarşı cinayət işlərini araşdıran prokurora sui-qəsd təşkil etməyə hazırlaşan 28 yaşlı kişi saxlanılıb.
Şübhəli şəxs narkotacirlərə qarşı keçirilən əməliyyat zamanı saxlanılıb. İstintaqın versiyasına əsasən, həmin şəxs Ədliyyə naziri və prokuroru öldürəcək qatilə 23,5 min avro verməli imiş. Ancaq hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat bu planın qarşısını alıb.