Polşa Rusiyanı sentyabrın 1-də keçiriləcək II Dünya Müharibəsinin 80-ci il dönümünə həsr olunmuş tədbirlərə dəvət etməyib.
ONA TASS-a istinadən xəbər verir ki, Polşa yalnız NATO, Avropa İttifaqı və Şərq Tərəfdaşlıq ölkələrinə rəsmi dəvət göndərib. “Bu üç təşkilata daxil olmayan ölkələr dəvət edilməyəcək”, - deyə Polşa prezidentinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, tədbirə hansı ölkənin edilib-edilməməsi qərarı tarixi faktlar əsasında yox, indiki vəziyyətdən qaynaqlanaraq qəbul edilib.