Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar AZAL tərəfindən Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə Bakıya gətirilib.
ONA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gəlib.