• DÜNYA

    14:18 31 may 2019

Pompeo: "ABŞ "Huawei"in riskləri barədə beynəlxalq tərəfdaşlarını məlumatlandırmağı qarşısına məqsəd qoyub"

"ABŞ "Huawei" şirkətinin istehsalı olan yeni nəsil simsiz şəbəkələrin riskləri barədə beynəlxalq tərəfdaşlarını məlumatlandırmağı qarşısına məqsəd qoyub".

ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo Berlində almaniyalı həmkarı Hayko Maasla görüşdən sonra deyib.

“Beynəlxalq tərəfdaşlarımız özləri müstəqil qərar verəcəklər, lakin biz risklər barədə onlarla açıq danışacağıq. "Huawei”lə bağlı narahatlıq odur ki, 5G şəbəkəsi daxilində onların fəaliyyəti mümkün deyil",- deyə Pompeo bildirib.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR