• DÜNYA

    21:38 14 may 2019

Pompeo: "ABŞ İranla müharibə etmək istəmir"

ABŞ İranla müharibə etmək niyyətində deyil.

ONA-nın Rusiya bürosunun məlumatına görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo Rusiya XİN-in rəhbəri Sergey Lavrovla Soçidə keçirilən görüşün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.

"Biz tamamilə İranla müharibə istəmirik. İstəyirik ki, İran administrasiyası "Hizbullaha", dünyadakı bütün terrorçulara, xüsusilə də Yaxın Şərqdəki terror təşkilatlarına dəstəyi dayandırsın", - deyə Pompeo vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, Vaşinqton Tehrana təzyiq edir ki, İran "əvvəl-axır normal ölkə olsun".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR