• DÜNYA

    21:40 11 iyun 2019

Pompeo: "ABŞ tezliklə Gürcüstanda yeni limanın tikintisinin başa çatdırılacağına ümidvardır"

Gürcüstanın baş naziri Mamuka Baxtadze ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb. Görüşdə ikitərəfli strateji əlaqələrin inkişafı, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, turizm, eləcə də Gürcüstanın Avro-Atlantik inteqrasiyası istiqamətində müzakirələrin aparıldığı bildirilir.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, M.Pompeo görüşdə qeyd edib ki, ABŞ tezliklə Gürcüstanda yeni limanın tikintisinin başa çatdırılacağına ümidvardır

“Bu layihə Gürcüstanda azad iqtisadiyyatı inkişaf etdirəcək və onu xarici iqtisadi təsirlərdən qoruyacaq”, - deyə M.Pompeo bildirib.

Baş nazir M.Baxtadze daha sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Baltonla da görüş keçirəcək.

Səid

Teqlər:

SON XƏBƏRLƏR