• DÜNYA

    10:55 2 may 2019

Pompeo: "Çin Birləşmiş Ştatlar üçün böyük problem yaradır"

Çin Birləşmiş Ştatlar üçün böyük problem yaradır.

ONA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo "Fox Businness"ə müsahibəsində deyib.

"1,5 milyard əhalisi olan Çin ABŞ şirkətləri üçün böyük bazarı olan ölkədir. Amma eyni zamanda Çin bizim milli təhlükəsizliyimizə problem yaradır. Bu baxımdan biz bu iki məsələni eyni anda diqqətdə saxlamalıyıq" - deyə Pompeo qeyd edib.

ABŞ və Çin rəsmiləri arasında baş tutan ticarət müzakirələrinə toxunan dövlət katibi bu müzakirələrin uğurlu olacağına ümid etdiyini bildirib.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR