• DÜNYA

    06:18 13 yanvar 2021

Pompeo İranı yeni Əl-Qaidə bazası adlandırıb

“İran Əl-Qaidə terror qruplaşması üçün yeni bir bazaya çevrilib”.

APA TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Vaşinqtonun Milli Mətbuat Klubunda çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

O bildirib ki, hazırda terrorizmə sponsorluq edən ən böyük ölkə olan İran İslam Respublikası terror ortağı Əl-Qaidənin vətəninə çevrilib. “Bu, Amerikanın kontinental hissəsi də daxil olmaqla, ciddi bir təhlükə yaradır. Deyərdim, İran əslində Əl-Qaidənin fəaliyyətinin yeni coğrafi mərkəzi olaraq yeni Əfqanıstan olub, amma əslində vəziyyət daha pisdir. Əl-Qaidənin dağlarda gizləndiyi Əfqanıstandan fərqli olaraq, indi İran rejiminin möhkəm pərdəsi altında fəaliyyət göstərir”

Diplomat əlavə edib ki, Əl-Qaidənin hazırkı lideri Ayman əz-Zəvahiri hazırda İrandadır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR