"İran masa arxasına oturmayınca, ABŞ bu ölkəyə qarşı təzyiqi artıracaq və sanksiyaları davam etdirəcək".
ONA-nın ABŞ Dövlət Departamentinə istinadən verdiyi xəbərə görə, bunu İrandan nefti idxal edən 8 ölkə və regiona sanksiyalarla bağlı tətbiq edilən müvəqqəti istisnanın götürülməsini şərh edən dövlət katibi Mayk Pompeo deyib.
Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalarla bağlı bir sıra ölkələrə tətbiq edilən istisnanı maydan uzatmayacağını bəyan edib. ABŞ-ın İrana qarşı sanksiyalarının müddəti mayın əvvəlində bitir.