• DÜNYA

    02:29 8 may 2019

Pompeo: “İran milli mənafeyimizə zidd hücum təşkil edərsə, cavab verəcək”

Finlandiyaya səfəri çərçivəsində jurnalistlərə açıqlama verən ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranla bağlı bir sıra məqamlara toxunub.

ONA xarici mediaya istinadla xəbər verir ki, ABŞ sözçüsü bildirib ki, İran və ya onun dəstəklədiyi terrorçu təşkilatlar Amerikanın milli mənafeyinə zidd hər hansı bir hücum təşkil edərsə, mütləq buna görə cavab verməli olacaqlar: “İranın ali rəhbəri Amerikanın milli mənafeyinə qarşı baş tutmuş hər bir hücuma görə məsuliyyət daşıyacaq”

İran rejiminin son vaxtlar vəziyyəti daha da gərginləşdirən addımlar atdığını deyən amerikalı diplomat vurğulayıb ki, bu ölkə dolayısı ilə himayə etdiyi terror qruplaşmalar tərəfindən mənafeyimizə zidd hücumlara görə cavab verəcək: “İstər İran, istərsə də şiə yaraqlı qruplaşmaları, husilər və Hizbullah kimi onun dəstəklədiyi üçüncü tərəflər milli mənafeyimizə zidd hücumlar təşkil etsələr, biz buna görə İranı, xüsusən də birbaşa olaraq bu ölkənin ali rəhbərini məsul biləcəyik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR