Birləşmiş Ştatlar və Rusiya Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində eyni tapşırıqları bölüşür və bu problem üzərində birgə işləmək olar.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo Rusiya prezidenti Vladimir Putin və ölkənin XİN rəhbəri Sergey Lavrovla görüşün ardından jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Biz Şimali Koreyanın nüvəsizləşdirilməsi yollarının müzakirəsinə az vaxt sərf etmədik. Düşünürəm ki, bizim ümumi tapşırığımız var və mən ümid edirəm ki, bunun üzərində birgə işləyə bilməyimiz üçün yollar tapa biləcəyik”, - Pompeo belə deyib.
“Vladimir Putin başa düşür ki, ABŞ bu prosesin başında dayanacaq, - deyə dövlət katibi vurğulayıb. - Ancaq fikirləşirəm ki, birgə işləyəcəyimiz sahələr mövcuddur”.
“Bugünkü görüşlər irəliyə doğru atılmış pozitiv bir addım idi. ABŞ və Rusiya keçmişdə vacib beynəlxalq məsələlər üzərində əməkdaşlıq nümayiş etdiriblər. Biz hər iki ölkənin gələcəyi naminə öz münasibətlərimizin istiqamətini dəyişmək üçün Rusiyanı bizimlə birgə işləməyə çağırırıq”, - bu barədə Pompeo öz “Twitter” səhifəsində yazıb.