• DÜNYA

    06:25 1 may 2019

Pompeo: "Maduro ölkəni tərk etmək istəyib, ancaq ruslar mane olub"

Venesuela prezidenti Nikolas Maduro Kubaya qaçmaq istəyib, ancaq rəsmi Moskva onu bu addımdan daşındırıb.

ONA-nın verdiyi xəbərə görə, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo “CNN” telekanalının efirində deyib.

Pompeo bildirib ki, Venesuela prezidenti üçün ayrıca təyyarə də hazırlanıb, amma “ruslar onu qalmağa razı salıblar”.

ABŞ dövlət katibi, həmçinin Maduronun ölkə ərazisini tərk etməli olduğunu da deyib. Belə ki, ona ünvanlanmış “Maduroya hansı ismarışı göndərmək istəyərdiniz” sualına Pompeo, “təyyarənizi işə salın”, - deyə cavab verib.

“Onun üçün Venesuelanı tərk etməyin vaxtı çatıb. Demokratiya və azadlığı dəstəkləyənlər hakimiyyət dəyişikliyi prosesinin tərkib hissəsi olmağa hazırlaşmalı və regionda bütün ölkələrlə birgə fəaliyyətə başlamalıdır”, - deyə Pompe sözünə davam edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR