• DÜNYA

    05:02 21 iyul 2019

Pompeo “S-400”lə bağlı məyusluğunu ifadə edib


ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri ilə telefonda danışıb. O, Türkiyənin Rusiyadan “S-400” raket sistemini alması ilə bağlı məyusluğunu ifadə edib.
APA “voice america”ya istinadla bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
Vaşinqton Türkiyənin Rusiyanın raket müdafiə sistemini almasına qarşı çıxıb və sanksiyalar tətbiq etməklə hədələyib. Prezident Donald Tramp o zamandan bəri administrasiyasının bu addımı atmağı planlaşdırıb-planlaşdırmadığını açıq bildirməyib.
Xatırladaq ki, cümə axşamı ABŞ-ın bir neçə respublikaçı və demokrat qanunvericisi Trampa raket sistemini aldığına görə Türkiyəyə sanksiya tətbiq etməsi üçün təzyiq göstərib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR