Ukrayna prezidenti Pyotr Poroşenko alkoqol və narkotik maddələr testindən keçməyə razılıb verib. ONA-nın Ria Novosti-yə istinadən məlumatına görə, Poroşenko prezident seçkilərinin ilk turunun lideri Vladimir Zelenskinin şərtlərini qəbul edib. Bu barədə Poroşenkonun mətbuat katibi Oleq Medvedev bildirib. Onun sözlərinə görə, analizlər sertifikatlaşdırılmış özəl laboratoriyalarda aparılacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.
V.Zelenski Poroşenkonun müzakirələrdən əvvəl testlər keçirməsini istəyib. Bundan əlavə, Zelinski Poroşenkonu onu təhqir etdiyinə görə xalqın qarşısında üzr istəməyə çağırıb və 19 aprel tairixində baş tutacaq teledebatın yalnız Kiyevdəki Olimpiya Stadionunda baş tutmasını istəyib.
Qeyd edək ki, Ukraynada seçkilərin ilk turu martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyasının rəyinə əsasən, namizədlərin heç biri birinci turda lazımi sayda səs toplamayıb. Prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.