• DÜNYA

    01:59 9 aprel 2019

Poroşenko rəqibi Zelenskiyə aktyor kimi hörmət etdiyini deyib

Ukrayna prezidenti Petro Poroşenko seçkilərdəki rəqibi Vladimir Zelenskiyə aktyor kimi hörmət etdiyini bildirib.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə o, “ICTV” telekanalında gedən “Söz azadlığı” proqramındakı çıxışında deyib.

“Mən Vladimir Zelenskiyə yaxşı aktyor kimi hörmət edirəm. Mən onun Putini sevməsini (Rusiya prezidenti) və onunla əlaqə saxlamsını təsdiq edə bilmərəm. Belə bir məlumatım yoxdur. Ola bilsin ki, o, ölkənin AB və NATO-ya doğru addımlamasını, ən azından ürəkdən bəyan etmək istəyir. Ancaq bəyanat kifayət etmir”, - Poroşenko belə deyib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR