• DÜNYA

    13:28 4 aprel 2019

Poroşenko və Zelenski arasında debat Olimpiya stadionunda keçiriləcək

Ukraynada prezident seçkilərinin ikinci turunda yarışacaq komediya ustası Vladimir Zelenski və hazırkı prezident Petro Poroşenko arasında debat Kiyevdəki Olimpiya stadionunda keçirilək.

ONA-nın xəbərinə görə, V.Zelenskinin bununla bağlı təklifini P.Poroşenko qəbul edib.

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Yevgeni Radçenko isə deyib ki, V.Zelenskinin təklif etdiyi format qanunla nəzərdə tutulan teledebat deyil, seçkiqabağı təşviqatın bir formasıdır. Qanunla qadağan olunmayan bu kampaniyalar isə dövlət büdcəsindən deyil, namizədlərin seçki fondlarından maliyyələşdirilməlidir.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR