• DÜNYA

    06:38 3 may 2019

Praqada dustaqları daşıyan avtobus qəza törədib, ölən və xəsarət alanlar var

Çexiyanın paytaxtı Praqada məhbuslarla dolu avtobus II Dünya Müharibəsi dövrünə aid ABŞ tanklarını daşıyan qoşqulu yük maşını ilə toqquşub. Daha sonra avtobusda yanğın baş verib.

ONA-nın “Rossiya 24” telekanalına istinadən verdiyi xəbərə görə, qəza nəticəsində bir nəfər ölüb, daha 14 nəfər xəsarət alıb. Penitensiar xidmətə məxsus avtobus isə tamamilə yanıb. Hadisədən sonra yolda 3 saatlıq tıxac yaranıb.

Bildirilir ki, tanklar Azadlıq Konvoyunda iştirak etmələri üçün gətirilib. Azadlıq Konvoyu ABŞ tərəfindən Avropada təşkil olunan bir aksiyadır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR