• DÜNYA

    08:24 29 iyun 2020

Prezident Lukaşenko: “Belarusu itirmək Rusiyanın daxili siyasətinə ən güclü zərbədir”


“Rusiya Belarusu ya iqtisadi, ya da siyasi baxımdan itirmək istəmir. Çünki Minsk Moskva üçün yeganə müttəfiqdir”.

APA xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk bölgəsinin nümayəndələrilə görüşündə deyib.

“Belarus 1” telekanalında yayımlanan görüşdə Belarus prezidenti bildirib ki, Rusiya ilə qalan yeganə müttəfiq Belarus idi. Rusiya Prezidenti Vladimir Putinə tez-tez belə deyirdim: Mən sizi başa düşürəm, Belarusu itirə bilməzsiniz. Belarusu xilas edə də bilməzsiniz. Niyə? Çünki Rusiyanı marjinal bazarlardan sıxışdırma prosesi başlayıb”.

Lukaşenko əlavə edib ki, ölkəsi Almanlardan sonra Rusiyanın ikinci qaz alıcısıdır və böyük həcmdə nefti emal edir: “Əlbəttə ki, Rusiya Belarusu iqtisadi cəhətdən itirmək istəmir. Ən başlıcası isə siyasi baxımdan”.

Belarus prezidenti onu da vurğulayıb ki, Belarusun itirilməsi Rusiyanın daxili siyasətinə ən güclü zərbədir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR