Ukraynada sabah keçiriləcək prezident seçkilərini 1500-dən çox beynəlxalq müşahidəçi izləyəcək
  • DÜNYA

  • 15:37 30 Mart 2019

Ukraynada sabah keçiriləcək prezident seçkilərini 1500-dən çox beynəlxalq müşahidəçi izləyəcək

Ukraynada sabah keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 1,5 mindən çox beynəlxalq müşahidəçi Kiyevə gəlib.

ONA xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Oleq Slobodyan məlumat verib: “Ötən sutka ərzində 76 müşahidəçi gəlib və hazırda Ukraynada 40-dan çox ölkədən olan 1500-dən artıq rəsmi müşahidəçi var”. 

Məlumatda həmçinin bildirilir ki, ümumilikdə Ukraynanın Mərkəzi Seçki Komissiyası 19 beynəlxalq təşkilatı və 17 xarici dövləti təmsil edən 2344 rəsmi müşahidəçini qeydiyyatdan keçirib. 

Qeyd edək ki, seçkilərdə Rusiyadan olan müşahidəçilər iştirak etməyəcək. 

OXŞAR XƏBƏRLƏR