Qazaxıstanın Müdafiə Nazirliyinə məxsus “Mi-8” tipli helikopterin Qızılorda vilayətində qəzaya uğraması ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında baş prokurorun müavini Andrey Lukin bildirib.
Onun sözlərinə görə, faktla bağlı uçuş qaydalarının pozulması maddəsi ilə istintaq araşdırmaları aparılır.
Qeyd edək ki, helikopterin qəzaya uğraması nəticəsində 13 nəfərlik ekipaj üzvünün hamısı həlak olub.