• DÜNYA

    01:14 7 aprel 2021

Psaki: “ABŞ rəhbərliyi ölkədə peyvənd pasportları tətbiq etməyəcək”

“ABŞ rəhbərliyi ölkədə koronavirusla bağlı peyvənd pasportları tətbiq etmək niyyətində deyil”.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, hökumət nə indi, nə də gələcəkdə vətəndaşlardan peyvənd pasportu gəzdirməyi və ya sahib olmalarını özündə əks etdirən bir sistemi dəstəkləməyəcək: “Heç bir vahid federal peyvənd bazası olmayacaq. Bu cür pasportların hazırlanması təşəbbüsü ABŞ-da özəl şirkət tərəfindən irəli sürülüb. Bu özəl və qeyri-kommersiya sektorları tərəfindən nəzərdən keçirilir”.

Psaki əlavə edib ki, vətəndaşların hüquqlarının qorunması baxımından bu sistemin tətbiq edilməsi yolverilməzdir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR