• DÜNYA

    13:27 30 may 2019

Putin orta və yaxın mənzilli raketlərlə bağlı müqavilədən çıxmağa dair qanun layihəsini parlamentə təqdim edib

Vladimir Putin Rusiyanın Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilədən çıxması ilə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib.

ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin aşağı palatasının sədri Vyaçeslav Volodin açıqlama verib.

“Prezident Vladimir Putin ABŞ və Sovet İttifaqı liderlərinin Vaşinqtonda imzaladığı Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilənin dayandırılması ilə bağlı qanun layihəsini Dumaya təqdim edib. Şura qanun layihəsini müzakirəyə çıxaracaq və geniş müzakirənin keçirilməsi üçün gün təyin edəcək",- deyə V. Volodin qeyd edib.

Zumrud

Teqlər:

SON XƏBƏRLƏR