Pusiya Prezidenti Vladimir Putin 2028-ci ilədək üç aviasiya bölməsini ən son “Su-57” təyyarələri ilə tam təchiz etməyin zəruri olduğunu bəyan edib.
ONA Rusiya KİV-ə istinadən xəbər verir ki, yeni nəsil qırıcıların unikal xüsusiyyətlərə malik olduğunu deyən prezident diqqətə çatdırıb ki, bunlar dünyanın ən yaxşı texnikasıdır.
"Biz Rusiyanın hərbi aviasiya potensialını tamamilə ən müasir hava gəmilərindən təşkil etməyi hədəf götürmüşük. Müasir texnoloji yeniliklərlə təchiz edilmiş “Su-35S” və “Su-57” döyüş təyyarələri bu baxımdan çox böyük əhəmiyyətə malikdir", - deyə Putin vurğulayıb.
O, həmçinin, döyüş aviasiyasının daha da inkişaf etdirilməsilə yanaşı, yeni hava vasitələrinin tədarükünün və peşəkar uçuş heyətinin hazırlanmasının vacibliyindən də bəhs edib.